Putin: `ABŞ Əfqanıstandan qaçıb`

Putin: `ABŞ Əfqanıstandan qaçıb`

Rusiya prezidenti Vladimir Putin Tacikistan paytaxtı Düşənbə şəhərində keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının zirvə toplatınsda video çıxış edib.

Bu barədə TASS agentliyi məlumat yayıb. 

“ABŞ və onun NATO-dakı müttəfiqləri Əfqanıstandan qoşunları tələsik çıxardıqdan, buna qaçandan da demək olar, sonra ölkədə vəziyyətin kəskinləşib”, – deyə o, vurğulayıb. 

Həmçinin Putin qeyd edib ki, Əfqanıstandakı vəziyyətlə əlaqədar ciddi riskləri nəzərə alaraq təşkilatın qarşısında ortaq və razılaşdırılmış bir xətti həyata keçirmək vəzifəsi durur.

Xatırladaq ki, Putin ətrafında koronavirusa yoluxma halların qeydə alındığı üçün özünütəcrid rejiminə keçib. Bu səbəbdən o, 15-17 sentyabr tarixində Tacikistanda keçirilən Şanxay toplantısında videoformat rejimində iştirak edir. 

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + 17 =