Ərbəin yolunun təhlükəsizliyinə görə Həşdu Şabi əməliyyatlara başladı

Ərbəin yolunun təhlükəsizliyinə görə Həşdu Şabi əməliyyatlara başladı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İraq Xalq Komitəsi təşkilatı (Həşdu Şabi), İmam Hüseyn (ə) zəvvarlarının yolunun təhlükəsizliyini təmin etmək üçün Babil əyalətinin şimalında yerləşən Cürf ən-Nəsr yolunda təhlükəsizlik tədbirlərinin başladığını elan edib.

Təşkilat şənbə günü verdiyi açıqlamada bildirib: “Həşdu Şabinin Əl-Cəzirə və Əl-Badiyə və Aşura alayının əməliyyat komandanlıqlarının birgə qüvvələri şənbə günü bu təhlükəsizlik tədbirlərini həyata keçirib.”

Açıqlamada qeyd olub ki, əməliyyatın ilk saatlarında, qeyd olunan yolun 32 kilometri təmizləndi və Hur Hüseyn və Əl-Xənafəşə bölgələrində İŞİD-in təchizatla dolu bir neçə sığınacağı aşkar edildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × two =