Ombudsman: `Ermənistan mina xəritələrini Azərbaycana verməkdən boyun qaçırır`

Ombudsman: `Ermənistan mina xəritələrini Azərbaycana verməkdən boyun qaçırır`

“Müharibənin başa çatmasından sonra yalnız hərbi qulluqçuların deyil, mülki şəxslərin də minaya düşərək həlak olduğu və ya yaralandığı onlarla hadisə baş verib”.

Bu fikirlər Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın 21 sentyabr – Beynəlxalq Sülh Günü ilə bağlı beynəlxalq təşkilatlara ünvanladığı müraciətdə qeyd edilib.

“İşğal dövründə minaladığı ərazilərin dəqiq xəritələrini Azərbaycana təhvil verməkdən boyun qaçıran Ermənistan tərəfi insanların həyat və sağlamlığına ciddi təhlükə yaratmaqla bərabər, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri istiqamətində dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsinə də maneə törədir. Bununla da o, beynəlxalq humanitar hüququn fərq qoymadan hücum etmənin qadağan olunması prinsipini, 1949-cu il tarixli Cenevrə Konvensiyalarının I Əlavə Protokolunun tələblərini pozur və beynəlxalq ictimaiyyətə açıq hörmətsizlik nümayiş etdirir”, – müraciətdə vurğulanıb .

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + four =