EIB Azərbaycanın azad olunan ərazilərində yenidənqurma işlərində iştirak edə bilər

EIB Azərbaycanın azad olunan ərazilərində yenidənqurma işlərində iştirak edə bilər

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Avropa İnvestisiya Bankının (EIB) Cənubi Qafqaz üzrə regional nümayəndəliyinin rəhbəri Maciej Czura ilə görüşüb.

Bu barədə Azərbaycan səfirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan ilə EIB arasında əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Bu xüsusda, bank tərəfindən Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunması və enerji mənbələrinin şaxələndirilməsində mühüm rola malik TAP və TANAP qaz boru kəməri layihələrinin tikintisi, eləcə də Azərbaycanda kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə dəstəyinin göstərildiyi vurğulanıb.

Həmçinin Avropa İnvestisiya Bankının gələcəkdə Azərbaycanla neft-kimya məhsulları, bərpa olunan enerji mənbələri, o cümlədən külək və günəş enerjisi sahələrində əməkdaşlıqda maraqlı olduğu qeyd edilib.

Eyni zamanda görüşdə Azərbaycanın azad edilmiş ərazilərində bərpa və yenidənqurma işləri barədə məlumat verilib, həmin ərazilərdə aparılan yenidənqurma işləri çərçivəsində “ağıllı şəhər” və “ağıllı kənd” də daxil olmaqla qabaqcıl texnologiyaların və innovativ həllərin tətbiqinə xüsusi diqqət yetirildiyi vurğulanıb və bu istiqamətdə EİB ilə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × two =