Terrorçular Suriya ordusuna təslim oldular

Terrorçular Suriya ordusuna təslim oldular

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Suriya ordusu ölkənin cənubunda, Dəranın qərbində yerləşən Təfs şəhərində mövqelərini möhkəmləndirməkdədir.

Sputnik xəbər agentliyi bildirib ki, Suriya ordusu qüvvələri bazar ertəsi Təfsdə geniş təhlükəsizlik əməliyyatlarına başlayıb.

Bir təhlükəsizlik mənbəsi 1350 silahlı şəxsin silahlarını Suriya ordusuna təhvil verdiyini və bu insanların sayının artacağını söyləyib.

Bir hərbi mənbə, Təfsin təmizlənməsi əməliyyatının çox dəqiqliklə aparıldığını və sakinlərin bu baxımdan ordu ilə əməkdaşlıq etdiklərini də söyləyib.

İndiyə qədər Suriya ordusu üç əsas oxda mövqelərini sabitləşdirdi: Əl-Bərid, Əl-İğrar Taburu və Milli xəstəxananın ətrafı. Bu üç nöqtə Təfsirin həssas nöqtələri hesab olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 2 =