Səudiyyə Ərəbistanında fəallara qarşı işgəncələrə əl atılır
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, “Sənəd” insan haqları təşkilatı bildirib ki, söz azadlığı məhbuslarının məcburi etirafları onları Səudiyyə həbsxanalarında naməlum bir tale ilə üz üzə qoyur.
Təşkilatdan verilən məlumata görə, bir çox vicdan məhbusu qeyri -müəyyən taleylə üz-üzədir, onlardan bəziləri məcburi etiraflara görə haqsız yerə edam edilib.
“Sənəd” əlavə edib: “Səudiyyə qanunvericiliyi, işgəncə altında alınan etirafların heç bir qanuni əsası olmadan qəbul edilməsinə icazə verir. Çünki hakimlər etiraflara əsaslanaraq edam hökmü verirlər. Buna misal olaraq 2019-cu ilin aprel ayında 37 nəfərə işkəncə altında alınan etiraflar əsasında edam hökmü verilmişdi.”
Beynəlxalq Əfv Təşkilatı 2021-ci ilin yanvar-iyul ayları arasında ən azı 40 nəfərin edam edildiyini və bu rəqəmin 2020 -ci illə müqayisədə artdığını bildirib. Bu təşkilatın məlumatına görə bu edamlara ədalətsiz məhkəmələr və işgəncə altında alınan etiraflar da daxildir.