Ayətullah Xameneinin məktubu yayıldı
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İran İslam İnqilabının Ali Rəhbəri “Müqəddəs Müdafiə” müharibəsinin şəhidlərinin və veteranlarının anım günü münasibətilə Tehrandakı şəhidlər xiyabanında keçirilən mərasimə məktub ünvanlayıb. Məktubun mətni belədir:
Bağışlayan və Mehriban Allahın adı ilə
Müqəddəs Müdafiə Həftəsi böyük şəhidlərin adları və xatirələri ilə zinətlənib. Onların və digər şəhidlərin xalis fədakarlığı İran millətinə qələbə qazandırdı və onların pak qanları İslam Respublikasının haqq olmasını tarixə yazdı.
Bu, böyük fədakarlıq dərsidir. Xalis səy olan yerdə qələbə və başı ucalıq vardır.
İnşallah, İran milləti də bu şərəfli tarixçəni heç vaxt unutmayacaqdır.
Salam olsun şəhidlərə və şəhid ailələrinə, bütün veteranlara və onların rəhbəri İmam Ruhullaha.
Seyid Əli Xameneyi
1 Mehr 1400