Azərbaycanla Gürcüstan arasında beş sənəd imzalanıb

Azərbaycanla Gürcüstan arasında beş sənəd imzalanıb

Bu gün Bakıda keçirilmiş Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının protokolu imzalanıb.

Sənədi hər iki ölkənin baş nazirləri – Əli Əsədov və İrakli Qaribaşvili imzalayıblar.

Toplantı çərçivəsində, həmçinin Azərbaycan və Gürcüstanın müvafiq qurumları arasında anlaşma haqqında memorandumlar da imzalanıb.

Həmin sənədlərə Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi ilə Azərbaycanın Mədəniyyət Nazirliyi arasında 2021-2024-cü illər üçün mədəniyyət sahəsində əməkdaşlıq proqramı, iki hökumət arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətəndirilməsi sahəsində əməkdaşlığa dair razılaşma, Gürcüstan və Azərbaycan arasında dövlət sərhədində keçid məntəqələrinə dair razılaşma, “Produce in Georgia” ictimai hüquqlu publik şəxsin Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında əməkdaşlıq haqqında memorandumlar daxildir.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − five =