ABŞ Prezidenti Mahmud Abbasla görüşməkdən imtina etdi
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İsrail mənbələri çərşənbə günü ABŞ prezidenti Co Baydenin ötən həftə Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasla görüş istəyini qəbul etmədiyini bildirib.
“Walla” xəbər agentliyinin məlumatına görə Ağ Ev Fələstin Muxtariyyəti başçısının BMT Baş Assambleyası çərçivəsində Baydenlə görüşmək istəyini rədd edib.
Wala, Fələstin və Amerika mənbələrinə istinadən xəbər verir ki, Mahmud Abbasın Baydenlə görüşmək təklifi ABŞ hökumətinə çatdırılıb. Lakin, Baydenin BMT Baş Assambleyasına qatıldığı müddətdə əlavə görüşlərə qatılmaq niyyətində olmadığını və planlarının ona Fələstin rəhbəri ilə görüşə icazə vermədiyi iddia edilərək, bu təklif rədd edilib.
Bu məlumata görə, Vaşinqtondan bu cavabı aldıqdan sonra Fələstin Muxtariyyətinin rəhbəri ABŞ -a getməmək qərarına gəlib və yalnız BMT Baş Assambleyasında çıxış etmək üçün səs yazısından ibarət fayl göndərməklə kifayətlənib.