Ermənistan Baş Qərargah rəisinin müavini tutulub

Ermənistan Baş Qərargah rəisinin müavini tutulub

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-leytenant Stepan Qalstyan saxlanılıb.

Bu barədə Hraparak məlumat yayıb.

Məlumatda bildirilir ki, hazırda onun evində axtarış aparılır.

Həmçinin məlumatda vurğulanır ki, Qalstyan keyfiyyətsiz döyüş sursatlarının silahlanmaya qəbul etməsi, nəticədə dövlətə külli miqdarda ziyan dəyməsi ilə bağlı başlanmış cinayət işi üzrə bir neçə gün əvvəl dindirilib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti sentyabrın 30-da həmin iş üzrə keçmiş müdafiə naziri David Tonoyanın və “Patron Davo” ləqəbi ilə tanınan silah taciri David Qalstyanın həbs olunması barədə məlumat yayıb.

D. Tonoyan külli miqdarda mənimsəmədə günahlandırılır.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 1 =