Aİ nümayəndəsi: `Danışıqlar dayandırılsa da İran nüvə proqramının fəaliyyətini davam etdirir`

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel əl-Cəzirə telekanalına verdiyi müsahibədə Avstriyanın paytaxtı Vyana şəhərində Hərtərəfli Birgə Fəaliyyət Planının (JCPOA) ilə bağlı aparılan danışıqlar barədə fikirlərini bildirib.
Onun sözlərinə görə, İranın nüvə proqramı ilə bağlı Vyanada danışıqları bərpa etmək lazımdır.
Borrel vurğulayıb ki, danışıqların dayandırılmasına baxmayaraq, İran nüvə proqramının fəaliyyətini davam etdirir, ona görə biz dərhal danışıqlara geri dönməliyik.
Qeyd edək ki, bundan əvvəl Borrel Qətərin xarici işlər naziri ilə keçirdiyi mətbuat konfransında vasitəçi İranın nüvə proqramına dair Vyanada danışıqların ən qısa zamanda bərpa olunacağına ümid etdiyini qeyd edib.
Report