Saakaşviliyə görə daha iki nəfər həbs edilib

Saakaşviliyə görə daha iki nəfər həbs edilib

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin ölkəyə qayıtması ilə bağlı məlumatları gizlətdiyinə görə daha iki nəfər həbs edilib.

TASS xəbər verir ki, bu barədə prokuror Levan Vepxvadze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda saxlanılan şəxslərin kimliyi açıqlanacaq.

Prokurorun sözlərinə görə, istintaq eks-prezidentin ölkəyə hansı bölgədən daxil olduğu barədə məlumatı əldə edib, araşdırma davam edir.

Qeyd edək ki, bundan əvvəl M.Saakaşvilinin gizləndiyi Tiflisdəki mənzilin sahibi saxlanılıb.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 5 =