Bakı, Sumqayıt və Gəncədə havanın keyfiyyəti açıqlanıb

Atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə növbəti monitorinqlər keçirilib.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə oktyabrın 1-4-də Bakı, Sumqayıt və Gəncə şəhərlərinin müxtəlif ərazilərində monitorinqlər həyata keçirilib, havada dispers toz hissəciklərinin miqdarı üzrə ölçmələr aparılıb.

Xidmətin əməkdaşı Gülnarə Abbasova bildirib ki, atmosfer havası üzrə avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən havada tozun miqdarı norma daxilində olsa da, Bakı şəhərində dəm qazı 1.5, azot 4-oksid 1.4, Gəncə şəhərində kükürd və dəm qazı 1.3, Sumqayıt şəhərində isə hidrogen sulfid 1.5 dəfə normadan çox olub: “Bakı şəhərində keçirilən monitorinqlərin nəticələrinə görə, atmosfer havasının çirklənmə səviyyəsi ötən illərlə müqayisədə azalıb. Belə ki, tozla bağlı transsərhəd çirklənmənin olmaması səbəbindən havada tozun miqdarı normadan aşağı qeydə alınıb”.

G.Abbasova deyib ki, oktyabrın 1-4-də tarixlərində şimal-şərq küləklərinin üstünlüyü çirkləndirici qaz qarışıqlarının intensiv səpələnməsinə şərait yaradıb və havanın keyfiyyəti qənaətbəxş olub: “Oktyabrın 7-dək yağıntılı və küləkli hava şəraitinin olacağını nəzərə alsaq, yaxın günlərdə də havanın keyfiyyətinin əlverişli olacağı gözlənilir”.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + 13 =