Aleksandar Mitroviç: “Əvvəlcə Azərbaycana qalib gəlməliyik”

Aleksandar Mitroviç: “Əvvəlcə Azərbaycana qalib gəlməliyik”

“Portuqaliya ilə Lissabondakı matça hələ çox var. Biz hələlik yalnız özümüz haqqında düşünməliyik”.

Bunu Serbiya millisinin futbolçusu Aleksandar Mitroviç Lüksemburq və Azərbaycan yığmalarına qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə mərhələ oyunlarından öncə mətbuat konfransında deyib.

İngiltərə “Fulhem”ində çıxış edən 27 yaşlı hücumçu bildirib ki, hazırda əsas diqqətləri qarşıdakı iki görüşdədir: “Əvvəlcə Lüksemburq və Azərbaycana qalib gəlməliyik. Bundan sonra əminliklə Lissabona getmək və onlarla oynamaq olar. Belə oyunlar üçün bizə xüsusi motivasiya lazım deyil”.

Qeyd edək ki, oktyabrın 9-da Lüksemburqun qonağı olacaq Serbiya millisi 3 gün sonra Azərbaycanı qəbul edəcək.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − 19 =