Vəkil: Mixail Saakaşvili Ukraynaya ekstradiya edilməkdən imtina edəcək
Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili Ukraynaya ekstradiya edilməkdən imtina edəcək.
Bu barədə onun vəkillərindən Georgi Çiviaşvili jurnalistlərə məlumat verib.
Saakaşvili ilə həbsxanada görüşən vəkil bildirib ki, eks-prezident aclıq aksiyasını davam etdirir.
Çiviaşvili Saakaşvilinin siyasi məhbus olduğunu vurğulayıb: “Eks-prezidentin mövqeyi budur, o vətəninə gəlib və siyasi mübarizə aparmaq niyyətindədir”.
Vəkil: Mixail Saakaşvili Ukraynaya ekstradiya edilməkdən imtina edəcək.