Dünya çempionatı: Azərbaycan güləşçisi medalsız qalıb

Dünya çempionatı: Azərbaycan güləşçisi medalsız qalıb

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb.

70 kq çəki dərəcəsində mübarizə aparan idmançı gürcüstanlı Zurabi Yakobişvili ilə üz-üzə gəlib.

Qarşılaşmadan 3:4 hesabı ilə məğlub ayrılan Bayramov yarışı medalsız başa vurub.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın iki sərbəst güləşçisi – Osman Nurməhəmmədov (92 kq) və Abubakr Abakarov (86 kq) bürünc medala yiyələnib.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − 2 =