Türkiyə və Azərbaycan Respublikasının ərbəin karvanlarını Nücəba hərəkatı müşaiyyət etdi

Türkiyə və Azərbaycan Respublikasının ərbəin karvanlarını Nücəba hərəkatı müşaiyyət etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Ərbəin mərasimi dövründə “Nucəba” İslami Müqavimət Hərəkatı Türkiyə və Azərbaycan Respublikasından olan zəvvar karvanlarının müşayiət edilməsini və təhlükəsizliyini öz üzərinə götürüb.

Bununla əlaqədar olaraq, Nucəba hərəkatı, İraqın müqəddəs ziyarətgahlarını ziyarət etməyi asanlaşdırmaqla yanaşı, hərəkatın üzvü olan din xadimlərinə Aşura hadisəsini, Əhli-beytin(ə) yaşam tərzini və mövcud İslam dünyasını təhlil etmələri üçün mədəni-maarif proqramları keçirməyi tapşırıb.

Min türk türkdilli zəvvardan ibarət olan karvan bazar ertəsi, 13 Səfər günü İraqa daxil oldu. Onlar Kərkük ofisinin himayəsi altında, təhlükəsizlik şəraiti təmin edilərək və sosial xidmətlər göstərilərək Nəcəfə, oradan isə Kərbəlaya yürüşünə yola salındı.

Türkiyə və Azərbaycandan olan zəvvarlar daha sonra Əhli-beyt (ə) hərəmlərini ziyarət etmək üçün Kazimeyn və Samirra şəhərlərinə getmiş və nəhayət 23 Səfər cümə axşamı günü öz ölkələrinə qayıtmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 1 =