Global Research ABŞ ordusunun Suriyadakı varlığını qanunsuz adlandırdı

Global Research ABŞ ordusunun Suriyadakı varlığını qanunsuz adlandırdı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, tanınmış kanadalı yazıçı Eva Bartlett ABŞ-ın Suriya əleyhinə fəaliyyətləri ilə bağlı bir məqaləsində yazır: “ABŞ prezidenti Co Baydenin idarəçiliyinin başlaması ilə ölkə Suriyaya qarşı düşmənçilik siyasəti həyata keçirdi və bu ölkəyə əhalisinə qarşı sərt iqtisadi sanksiyalar tətbiq etdi.”

Kanadanın Global Research saytında dərc olunan məqalədə deyilir: “ABŞ qoşunlarının Suriyada olması qanunsuzdur. Bu ölkə rəsmilərinin 10 ildir ki, terrorla mübarizəyə dözən bir ölkənin xalqına qarşı mövqeyi dəyişməyib. Qərblilər Suriya iqtisadiyyatına zərbə vurmaq üçün bu ölkəyə sanksiyalar tətbiq etdikləri üçün Suriya xalqı çətin bir həyat yaşayır.”

O, əlavə edib: “ABŞ -ın Suriyadakı keçmiş elçisi James Jeffrey, ABŞ sanksiyalarının Suriya xalqını və onların məişətini hədəf aldığını açıq şəkildə bildirdi. Digər tərəfdən, Amerika ordusu Suriya neftini mənimsəməyə və oğurlamağa davam edir və işğalçı Türkiyə ordusu Suriyanın kəndlərinə hücumlarını davam etdirir və terrorçuları dəstəkləyir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × three =