Məşhəd-Kərbəla-Məkkə magistral yolu açıla bilər

Məşhəd-Kərbəla-Məkkə magistral yolu açıla bilər

Yaxın zamanda İraq, Məşhəd-Kərbəla-Məkkə beynəlxalq magistral yolunun tikilişinə start verilə bilər.

Bu barədə İqna.ir agentliyi məlumat yayıb.

Məlumatda bildiirlir ki, sözügedən magistral yolunun çəkilməsi məsələsi bu yaxınlarda İraqın paytaxtı Bağdad şəhərində baş tutan İran, İraq və Səudiyyə Ərəbistanı rəsmilərinin görüşündə müzakirə edilib.

Həmçinin məlumatda vurğulanır ki, tərəflər arasında bu istiqamətdə bəzi diplomatik razılaşmalar da əldə edilib.

Qeyd edək ki, Məşhəd-Kərbəla-Məkkə magistral yolunun çəkilməsi təklifini İraqın baş naziri Mustafa əl-Kaziminin irəli sürüb və tərəflər bunu müsbət qarşılayıblar. Beynəlxalq magistral avtomobil yolu üç dövlət arasında əlaqələrin normallaşmasına başlanğıc ola bilər.

Faktxeber

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + 19 =