Avropa liderləri təhlükəsizliyi üçün strateji plan təsdiqləyəcək

Avropa liderləri təhlükəsizliyi üçün strateji plan təsdiqləyəcək

Avropa İttifaqı liderlərinin gələn il müdafiə və təhlükəsizlik sahəsində strateji inkişaf planı ilə bağlı layihəni təsdiqləyəcəyi gözlənilir.

İnterfaks agentliyi xəbər verir ki,  bunu Avropa Şurasının rəhbəri Şarl Mişel Aİ ölkələrinin Sloveniyada görüşü zamanı bildirib.

O deyib: “Dünya arenasında daha təsirli və nüfuzlu olmaq üçün Aİ-nin müstəqil hərəkət etmək qabiliyyətini gücləndirməsi lazımdır. Fəaliyyətdə müstəqillik iqtisadiyyat, müdafiə və təhlükəsizlik sahələrində özünü göstərməlidir”.

Həmçinin Mişel xatırladıb ki, Aİ diplomatiyasının rəhbəri Cosep Borrel 2021-ci ilin noyabrında müdafiə və təhlükəsizlik sahəsində strateji inkişaf planı ilə bağlı layihəni təqdim edəcək. Sənədin nəzərdən keçirilməsindən sonra 2022-ci ilin iyununda Aİ liderlərinin bunu təsdiqləyəcəyi gözlənilir.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − fourteen =