Yaponiyada zəlzələ baş verib
Yaponiyanın paytaxtı Tokioda və ətraf ərazilərdə 6,1 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Mərkəzi Tokio və Çiba prefekturalarının sərhədi yaxınlığında olan zəlzələnin ocağı 80 km dərinlikdə yerləşib.
Zəlzələdən sonra paytaxtətrafı dəmir yollarında “Shinkansen” sürət qatarlarının səfərləri dayandırılıb.
Dağıntı və ya insan tələfatı barədə xəbər verilməyib.
Apa