Milli Məclis Müstəqillik Günü ilə bağlı layihəni sabah II oxunuşda müzakirə edəcək
“Milli Məclisin payız sessiyasının növbəti plenar iclası sabah – oktyabrın 12-də keçiriləcək”.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
İclasda “Müstəqillik Günü haqqında” qanun layihəsi II oxunuşda müzakirə ediləcək.
Apa