Hizbullah lideri İran İslam Respublikasından danışdı

Hizbullah lideri İran İslam Respublikasından danışdı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Livan Hizbullah hərakatının baş katibi Seyid Həsən Nəsrullah İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb və Livan böhranının həllində verdiyi dəstəyə görə İrana təşəkkür edib.

O, deyib: “İran, dostlarını çətin vəziyyətdə buraxmayacaq sadiq bir müttəfiq olduğunu sübut etdi.”

Livandakı kritik vəziyyətə toxunan Nəsrullah əlavə edib: “Livanın əməkdaşlıqlarla mövcud çətin vəziyyətdən çıxmasına böyük ümidlər vardır.”

İranın xarici işlər naziri bu görüşdə Livanı bütün sahələrdə dəstəkləmək barədə İranın qəti mövqeyini bir daha vurğulayıb.

Əmir Abdullahian Livana səfəri zamanı Livan prezidenti, xarici işlər naziri və parlament sədri kimi bir çox Livan rəsmiləri ilə də görüşlər keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 5 =