Sərnişinlərin NƏZƏRİNƏ: Marşrut xəttinin hərəkət sxemi dəyişdirildi

Sərnişinlərin NƏZƏRİNƏ: Marşrut xəttinin hərəkət sxemi dəyişdirildi

101 nömrəli marşrut xəttinin hərəkət sxemində dəyişiklik edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, Bakının Xəzər rayonunun Türkan qəsəbəsinin sakinlərinin Mərdəkan qəsəbəsi istiqamətində birbaşa gediş-gəlişinin təmin edilməsi, eyni zamanda Qala dəmir yolu stansiyası – Mərdəkan qəsəbəsi üzrə müntəzəm marşrutun fəaliyyət göstərmədiyi nəzərə alınaraq qeyd olunan marşrut xəttinin hərəkət sxemi dəyişdirilib.

Dəyişikliyə əsasən, bu gündən marşrut xəttinin son dayanacaq məntəqəsi Mərdəkan qəsəbəsi (stansiya) olacaq.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + nineteen =