150 fələstinli əsir aclıq aksiyasına başladı
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin İslami Cihad hərəkatının İordan çayının qərb sahilindəki sözçüsü Tariq İzzəddin, hərəkatın əsirlərindən 150 nəfərinin İsrail həbsxanalarında aksiya keçirdiklərini söyləyib.
O, deyib: “Bu aksiya, sionist rejim həbsxanalarının idarəçiliyinə qarşı məhbus mübarizəsinin şiddətlənməsinə doğru bir addımdır.”
İzzəddin həmçinin belə qeyd edib: “Əsirlərə dayaq olmaq və onlara dəstək vermək hər kəsin iştirak etməli olduğu milli və müqəddəs bir vəzifədir.”
Fələstin İslami Cihad hərəkatının sözçüsü deyib: “Əsirlərə verdiyimiz dəstək, sionist düşmənə bu mesajı verir ki, əsirlərə vurulacaq hər hansı bir zərbə vəziyyəti dəyişdirəcəkdir.”
İzzəddin əlavə edib ki, Fələstin vətəndaşlarını harada olursa olsunlar, əsirlərə dəstək olmaqla vəzifələrini yerinə yetirməyə çağırırıq.
İslami Cihad sözçüsü həmçinin bildirib ki, əsirlərin mübarizəsi bütün fələstinlilərin savaşı və dünyadakı bütün azad insanların mübarizəsidir.