Körpələrin ölümünə səbəb olan əsas xəstəliklər açıqlanıb
“Ən çox ağırlaşma və ölüm halları məhz yenidoğulma dövründə qeydə alınır”.
Bunu Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rahimov deyib.
O qeyd edib ki, həmin müddət körpələrdə daha çox tənəffüs və ürək problemləri müşahidə olunur: “Bir körpə nəfəsalmada çətinlik yaşayırsa, bu, tənəffüs probleminin əlaməti ola bilər. Yenidoğulma zamanı sarılıq problemləri də müşahidə olunur. Qıcolma, göyərmə və sidiyə çıxmaması təhlükə mənbəyidir”.
Apa