Hizbullah rəsmisi şəhid olanlardan danışdı

Hizbullah rəsmisi şəhid olanlardan danışdı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Livan Hizbullah hərəkatının icra şurasının rəhbəri Şeyx Haşim Səfiyuddin Beyrutda baş verən son hadisə şəhidlərinin dəfn mərasimində deyib: “Şəhidlər xəyanət gülləsinə tuş gəldilər. Ölüm və qətl bizi qorxutmur, şəhidlik bizim şərəfimizdir. Şəhidlərin yerə tökülən qanı bizi zəiflətmir, əksinə bizim həqiqətin yanında olduğumuzu göstərir. Şəhidlərin qanı hələ də fitnəkarlara, qatillərə və cinayətkarlara qarşı hayqırmaqdadır.”

O, həmçinin deyib: “Biz bu tökülən qan qarşısında susmayacaq, bu qanların haqqını qoruyacaq və bunun nəticəsini yaxın günlərdə göstərəcəyik.”

Səfiyuddin belə əlavə edib: “Dünən məhkəmə sisteminin siyasiləşməsinə və ədalətsizliyinə qarşı keçirilən nümayiş dinc şəraitdə keçdi və bu bizim təbii haqqımızdır. Bu nümayişdə hüquqşünasların və elm adamlarının iştirak etməsi nümayişin keyfiyyətindən xəbər verirdi. “Hizbullah” və “Əməl” hərəkatı heç kəsi dəvət etməmişdi (nümayişə çağırış olunmamışdı), əks halda nümayişdə iştirak edənlərin sayı bundan artıq olardı. Əgər bu nümayişi hədəfa almaq üçün qəsdən plan qurulmasaydı, bu nümayişlər normal axarı ilə davam edəcəkdi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 2 =