Yəmənin baş naziri İsrail rejiminin ömrünün az olduğunu açıqladı

Yəmənin baş naziri İsrail rejiminin ömrünün az olduğunu açıqladı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Yəmən Milli Qurtuluş Hökumətinin baş naziri Əbdül Əziz bin Həbtur deyib, bu ölkənin inqilabı hegemonluğun rədd edilməsi, müstəmləkəçilərin və onların muzdlu əsgərlərinin zülmü ilə barışmamağa görə baş verdi.

Bin Həbtur “Əl-Məsirə” telekanalına verdiyi müsahibədə bildirib: “İngilis muzdluların keçmişdəki taleyi bugünkü muzdluları da gözləyir. Yəmən xalqı hər bir xəyanətkar və muzdlu şəxsi cəzalandıracaqdır.”

O, həmçinin deyib: “BƏƏ ABŞ və İngiltərənin bir alətidir. İngilislərin Əl-Mehrədə olması Səudiyyə Ərəbistanının neft boru kəmərindəki maraqlarını təmin etmək üçündür.”

Bin Həbtur həmçinin sionist rejimi barədə danışarkən bunları söyləyib: “Sionist rejimi ömrü məhdud olan uydurma bir rejimdir. Zəif ərəb ölkələrinin faciəsi budur ki, öz rejimlərini qorumaq yolunu yalnız sionist rejimə təslim olmaqda görürlər, ancaq münasibətlərin normallaşması belə onların taxt-tacını qoruya bilməyəcəkdir.”

Yəmən rəsmisi sonda Fələstin məsələsinə öz dəstəyini göstərərək deyib: “Fələstin məsələsini dəstəkləmək Yəmən xalqı qarşısında müqəddəs bir vəzifədir. Qüdsün və Fələstin torpaqlarının azad edilməsi məsələsi bizim dinimizdə və mədəniyyətimizdə yer alan əsas mövzulardandır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × four =