Ayətullah Ərafi Azərbaycan hökumətinə çağırış etdi

Ayətullah Ərafi Azərbaycan hökumətinə çağırış etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, dünən İranın Müqəddəs Qum şəhərində keçirilən cümə namazında Ayətullah Ərafi baş verən son proseslər barəsində danışarkən deyib: Azərbaycan İranın narahatlıqlarını həll etməlidir!

Ayətullah Ərafi: “Qarabağ məsələsində İran İslam məntiqinə görə Azərbaycan Respublikasının tərəfində oldu və İnqilabın Ali Rəhbəri də 17 Rəbiüləvvəldə etdiyi çıxışında Qarabağın azad olunmasını müdafiə etdi və İranın mövqeyini ortaya qoydu.

İran xalqı ilə Azərbaycan xalqı mədəni, dini və s. cəhətlərdən müştərək xüsusiyyətlərə malikdirlər. Azərbaycan xalqı bizim qəlbimizdədir. Ancaq Azərbaycan hökuməti bilsin ki, biz bölgədə İsrail olmasından narahatıq.

Azərbaycan bu narahatlığı aradan qaldırmalı, İranın suverenliyinə, iqtidarına və maraqlarına hörmətlə yanaşmalıdır. Siz İsrail və ABŞ -ın sizin torpağınızda at oynatmasına imkan verməməlisiniz.

Bütün qonşu və müsəlman ölkələri ilə münasibətləri müsbət qarşılayırıq. Amma biz bu münasibətlərdə qeyd olunan məqamların nəzərə alınmasını da istəyirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + 3 =