Tarixi binada quraşdırılan boru söküldü
Bu gün sosial şəbəkələrdə Səbail rayonu, Hacı Zeynalabdin Tağıyev küçəsi:11 ünvanında yerləşən tarixi memarlıq binasının fasadında havasorucu boru quraşdırılması barədə məlumat paylaşılıb.
Sözügedən məlumat araşdırılıb, sakinlərin müraciəti əsasında araşdırmalar aparılıb. Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları tərəfindən memarlıq əhəmiyyətli binada quraşdırılan havasorucu boru demontaj edilib və fasad əvvəlki vəziyyətinə bərpa edilib.
Qeyd edilib ki, həmin ictimai iaşə obyekti qeyri-qanuni fəaliyyət göstərib.
Əraziyə nəzarətin gücləndirilməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilib.
Apa