Müqtəda Sədr İraqın ABŞ-ın təzyiqlərinə boyun əyməyəcəyini bəyan etdi

Müqtəda Sədr İraqın ABŞ-ın təzyiqlərinə boyun əyməyəcəyini bəyan etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İraqın Sədr fraksiyasının lideri Müqtəda əs-Sədr bildirib ki, ABŞ İraqın gələcək hökumətinə tam hüquqlu bir hökumət kimi yanaşmalıdır.

O, Tvitter səhifəsində yazıb: “Birləşmiş Ştatlar İraqla qüvvələri, düşərgələri, döyüşçüləri və müdaxiləsi ilə bağlı ciddi və məhsuldar bir dialoqa başlamalıdır.”

Əs-Sədr sözünün davamında deyib: “İnqilablar və nümayişlər bir daxili və milli məsələdir və xarici təsirlərdən uzaq olmalıdır. İraq və onun xalqı quru, hava və dəniz yolu ilə regional qarşıdurmalardan uzaq olmalıdır.”

O, həmçinin deyib: “Biz iraqlıyıq … nə şərqli, nə də qərbliyik … sülh içində yaşamaq istəyirik … buna qarşı çıxan hər şeyə layiqincə cavab verəcəyik.”

O, İraqın təzyiqlərə boyun əyməyəcəyini vurğulayaraq belə əlavə edib: “Əks təqdirdə ABŞ İraqın müstəqillik, sabitlik və suverenliyini istəməyən və İraqla düşmən bir ölkə olduğunu ortaya qoyacaqdı.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + 1 =