Ayətullah İsa Qasim Bəhreyn xalqına xəbərdarlıq etdi

Ayətullah İsa Qasim Bəhreyn xalqına xəbərdarlıq etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Bəhreyn şiələrinin dini lideri olan Şeyx İsa Qasim Bəhreyn xalqına aralarında baş verə biləcək fitnə-fəsadla bağlı xəbərdarlıq edib.

Mesajın mətni belədir: “Xalq onların aralarında ixtilaf, fitnə və fəsad yaratmaq üçün saysız-hesabsız səylərə və düşmənçilik siyasətinə qarşı ayıq olmalıdır.”

Bir müddət əvvəl Şeyx İsa Qasim İsrailin xarici işlər naziri Yair Lapidin Bəhreynə səfərinə və İsrail səfirliyinin açılmasına münasibət göstərərək demişdi: “İyrənc xəyanət olan sionist düşmənlə münasibətləri normallaşdırmaq Bəhreyn rejiminin xalqa qarşı apardığı siyasi müharibələrdən biridir. Allah bu xalqa rəhm eləsin. Bəhreyn xalqı bu rejimin siyasəti qarşısında əsl kimliyinə sadiq qalmağa davam edir. Uzun bir müqavimət dövrü olacaq və bu, Bəhreynlilər üçün həlledici və mahiyyət savaşıdır.”

Bəhreyn 14 fevral 2011-ci ildən etibarən Ali-Xəlifə rejiminə qarşı xalq inqilabının şahididir. Xalq azadlıq, ədalət, ayrıseçkiliyi aradan aparmaq və öz ölkələrində seçilmiş bir hökümət qurmaq istəyir. Bu tələblər Səudiyyə Ərəbistanı da daxil olmaqla bəzi ərəb ölkələrinin əməkdaşlığı ilə Bəhreyn rejimi tərəfindən repressiyalarla qarşılandı. Bəhreyn rejimi etirazları yatırmaq üçün bir çox müxalifət liderini həbs etdi və uzun müddət həbs cəzasına məhkum etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + one =