Həsən Nəsrullah: `Yüz min əsgərimiz var`

Həsən Nəsrullah: `Yüz min əsgərimiz var`

Livan Hizbullah hərəkatının baş katibi seyid Həsən Nəsrullah ötən günki çıxışında Hizbullahın əsgərləri və hərbi təlim görmüş insanların sayı yüz minə çatdığını bildirib.

Bu barədə əl-Məyadin məlumat yayıb.

O, çıxışıda Livanın paytaxı Beyrut şəhərində Hizbullah təşkilatının etiraz aksiyasını təşkil etmiş üzvlərinə hücum edənlərə xüsusilə də Səmir Cəcanın liderlik etdiyi “Quvvat əl-Lubnaniyyə” qruplaşmasına xəbərdarlıq edərək, heç kəsin onun rəhbərlik etdiyi hərəkatın gücünü sınağa çəkə bilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, ötən həftə Hizbullah hərəkatı və Əməl partiyasının üzvləri Beyrut partlayışı məhkəmə işini aparan hakimə etiraz edərək, onun istefasını tələb ediblər. Bu etirazlar zamanı aksiya iştirakçılarına açılan atəş nəticəsində 7 nəfər həyatını itirib və 24 nəfər yaralanıb. Livan Ordusu müdaxilə edərək, hücumu həyata keçirənlərdən 9-u ələ keçirib.

Faktxeber

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + 3 =