Dəməşqdə hərbçilərin avtobusu partladılıb, çox sayda ölən var – VİDEO
Avqustun 20-i Suriyanın paytaxtı Dəməşq şəhərində hərbçilərin getdiyi avtobus terrorçular tərəfindən quraşdırılmış iki bomba ilə partladılıb.
Bu barədə SANA agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, partlayış nəticəsində azı 13 nəfər həyatını itirib 3 nəfər isə ağır yaralanıb.
Qeyd edək ki, bu terror aktını hələlik heç bir qrup üzərinə götürməyib.
Faktxeber