Saakaşvili həkimlərin köməyinə razılıq verib

Saakaşvili həkimlərin köməyinə razılıq verib

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili həkimlərin köməyinə razılıq verib.

Bu barədə siyasətçinin vəkili Dito Sadzaqlişvili tərəfindən açıqlanan məktubunda deyilir.

“Sputnik-Gürcüstan”nın verdiyi xəbərə görə, Saakaşvili 20 gündür həbsxanada aclıq aksiyası keçirir. Bir gün əvvəl onu Səhiyyə Nazirliyinin qərarı ilə yaradılan həkimlər şurası ziyarət edib. Həkimlər siyasətçinin profilaktiki tədbir olaraq xəstəxanaya yerləşdirilməsini tövsiyə edib.

“Həbsdə olduğum müddətdə heç bir şəkildə yeməyəcəyəm və hətta ölümə belə hazıram. Eyni zamanda sağlam düşüncəmi və iş qabiliyyətimi sona qədər qorumaq istəyirəm, buna görə həkimlərin tibbi müdaxiləsinə razıyam. Bu mənə ayaqda qalmağa kömək edəcək” – Saakaşvili yazır.

Eks-prezident sağlamlıq vəziyyətinə baxmayaraq nikbin olduğunu qeyd edib.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 1 =