Vilayət Eyvazovdan yüksək vəzifəyə TƏYİNAT

Vilayət Eyvazovdan yüksək vəzifəyə TƏYİNAT

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Səttar Əliyev Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə şöbə rəisi təyin edilib.

O, bu təyinata qədər həmin idarədə baş əməliyyat müvəkkili kimi çalışıb.

Qeyd edək ki, bir müddət əvvəl Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovniki Mahir Məmmədov vəzifəsindən azad edilərək, həmin idarəsinin rəis müavini təyin edilib.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + 3 =