Azərbaycan 9 ayda 1 milyard manatdan çox borclanıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan dövlət büdcəsinə 240 milyon manat vəsait transfert olunub.
Məlumatda həmçinin deyilir ki, hesabat dövründə maliyyələşmə əməliyyatları üzrə 1 076,3 milyon manat vəsait cəlb edilib. Bunun 813,2 milyon manatı dövlət borclanması, 205 milyon manatı layihələrin maliyyələşməsi əsasında cəlb olunan kreditlər, 58,1 milyon manatı isə özəlləşmədən daxilolmalardır.
Report