ÜST: Dünyada azı 80 min tibb işçisi koronavirusdan ölüb

ÜST: Dünyada azı 80 min tibb işçisi koronavirusdan ölüb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya ölkələrini tibb işçilərinin COVID-19-dan qorunmasını təkmilləşdirməyə çağırıb.

ÜST-ün hesablamalarına görə, 2020-ci ilin yanvarından 2021-ci ilin mayına qədər koronavirus infeksiyası azı 80 min tibb işçisinin ölümünə səbəb olub.

ÜST və tərəfdaşları tibb işçilərinin infeksiyadan qorunmasını təmin etmək üçün ölkələrdən təcili və konkret addımlar atılmasını gözləyirlər.

Təşkilatın 119 ölkə üzrə əldə etdiyi məlumatlar göstərir ki, 2021-ci ilin sentyabr ayı üçün dünyada orta hesabla tibb işçilərinin yalnız təxminən 40%-i koronavirusa qarşı tam peyvənd edilib.

Tibb işçiləri arasında aşağı və yüksək gəlirli ölkələrdə peyvəndləmədə bərabərliyin olmaması ilə əlaqədar dərin narahatlıq ifadə edilir.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + 12 =