Hizbullah rəsmisi Tayounə hadisələrini kimlərin törətdiyini bəyan etdi

Hizbullah rəsmisi Tayounə hadisələrini kimlərin törətdiyini bəyan etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Livan Hizbullah hərakatının baş katibinin müavini, ötən cümə axşamı əl-Tayounə bölgəsində Səmir Cəcənin başçılıq etdiyi “Əl-Quvvatul-Lubnaniyyə” partiyası tərəfindən törədilən hadisədə Hizbullah və Əməl hərəkatının onlarla üzvünün şəhid edilməsinə və yaralanmasına işarə edərək, adı çəkilən partiyanın bu cinayətlərə görə məsuliyyət daşıdığını söyləyib.

Şeyx Nəim Qasim dünən Əl-Şəyah bölgəsində şəhid Məryəm Fərhat və Məhəmməd əl-Seyidin yas mərasimində qeyd etdi ki, Hər bir tərəfə qarşı irəli sürülən ittiham, istintaqın üzə çıxaracağı sənədlərə əsaslanacaq.

Şeyx Nəim Qasim həmçinin deyib: “İstintaqın cinayətkarların kimliyini müəyyənləşdirməsini gözləyirik, amma istintaqın Əl-Quvvatul-Lubnaniyyə partiyasının cinayətkarların arxasında durmasını müəyyən etməsini gözləməyəcəyik. Onların bu dəstəyi qətidir.

Hizbullah baş katibinin müavini belə əlavə edib: “Hizbullah və Əməl hərəkatı olaraq məsuliyyətimiz istintaqı izləməkdir. Bu işdə biz qalibik. Biz verdiyimiz şəhidlərlə birlikdə qalib gələcəyik. Vətəndaş müharibəsinin qarşısını alaraq qalib gələcəyik. Cinayətkarları sorğu-suala çəkməklə və bizi sürükləmək istədikləri planın həyata keçirilməsinin qarşısını almaqla qalib gələcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − four =