Türk lirəsi kəksin ucuzlaşdı

Türk lirəsi kəksin ucuzlaşdı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, “Bloomberg News” türk lirəsinin ABŞ dollarına nisbətdə ucuzlaşması ilə bağlı hesabatında yazıb: “Dolların türk lirəsi qarşısında dəyərinin 2,19% artması ilə hər lirənin dəyəri ucuzlaşıb və bir dollar 9,4206 türk lirəsinə bərabər olub. Bu, Türkiyə tarixində ilk dəfə baş verib.”

Rusiyanın “Novosti” xəbər agentliyi də bu barədə belə yazıb: “Türkiyə Mərkəzi Bankı bu gün (cümə axşamı) əsas faiz dərəcəsini 18%-dən 16%-ə endirib. Bu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tələblərindən biri olub.”

İqtisadi ekspertlər hesab edirlər ki, Ərdoğanın Türkiyə iqtisadiyyatına müdaxiləsi son illərdə pul siyasətinin etibarını sarsıdıb. Lirənin dəyərinin bu tarixi ucuzlaşması Türkiyə prezidentinin Afrika ölkələri ilə ticarət və iqtisadi əlaqələri gücləndirmək üçün bu qitəyə səfəri ərəfəsində baş verib.

Lirə bu il dollar qarşısında 20 faiz dəyərini itirib və bu enişin yarısı təkcə son bir ayda baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 15 =