Türkiyə Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Azərbaycana birgünlük işgüzar səfərə gələcək.
Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Məlumata görə, Ərdoğan inşası ən qısa müddətdə başa çatan Füzuli Beynəlxalq Hava Limanının və bölgədəki avtomobil yolunun açılışında, həmçinin Türkiyənin dəstəyi ilə Zəngilanda inşa ediləcək “Ağıllı aqropark”ın təməlqoyma mərasimində iştirak edəcək.
Səfər çərçivəsində keçiriləcək görüşlərdə iki ölkə arasındakı münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq.
Həmçinin aktual regional və beynəlxalq məsələlərin müzakirəsi planlaşdırılır.
Trend