Pakistan da daxil olmaqla dörd ölkənin XİN rəhbərləri İrana gedirlər

Pakistan, Özbəkistan, Tacikistan və Türkmənistan xarici işlər nazirləri İrana gedirlər.
Əfqanıstanla bağlı qonşu dövlətlərin iclasında iştirak etmək məqsədilə dörd ölkənin xarici işlər nazirləri sabah Tehranda olacaqlar.
Məlumata görə artıq Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi Tehrana çatıb. O, burada iranlı həmkarı Hüseyn Əmir-Abdullahiyanla görüşüb.
İran mətbuatının məlumatına görə Rusiya və Çinin XİN rəhbərləri də prezident İbrahim Rəisinin açılışını edəcəyi bu iclasda videokonfrans yolu ilə çıxış edəcəklər.
Taliban hökumətinin nümayəndə heyətinin hər hansı bir formatda bu iclasa dəvət edilməsi məsələsi sual altındadır.
SalamNews