Bakıda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Yasamal rayonunda qeydə alınıb.
“Qələbə” dairəsində yolu keçən təqribən 45-50 yaşlı kişini avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin ağır dərəcəli travma diaqnozları qoyulub.
Yaralı komada olduğundan onun kimliyi hələ müəyyən edilməyib.
Hadisənin təfərrüatı araşdırılır.
Apa