Daha bir bəhreynli siyasi məhbus şəhid oldu

Daha bir bəhreynli siyasi məhbus şəhid oldu

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Bəhreynin “Əl-Vəfaq” cəmiyyəti bəhreynli keçmiş məhbus Əli Qəmbərin Ali-Xəlifə zindanında xəstəlik və işgəncə nəticəsində şəhadətə çatması ilə bağlı xəbər yayıb və cammatı onun Əl-Nəvidrat kəndində keçiriləcək dəfn mərasimində iştirakına çağırış edib.

Əl-Əhd-in məlumatına görə, 14 fevral koalisiyası da Qəmbərin şəhadəti ilə bağlı başsağlığı verib və onu Bəhreyn xalqının şərəf və ləyaqəti və bu ölkədə ədalət və bərabərliyə nail olmaq və öz müqəddəratını təyin etmək üçün inqilabın məqsədləri yolunda qurban adlandırıb.

Qəmbər 2014-cü ildə Co Həbsxanasında saxlanarkən xərçəng xəstəliyinə tutulub və Ali-Xəlifə rejimi ağır işgəncələrlə yanaşı, həmin vaxt onun müalicə almasına da mane olub. 2018-ci ildə isə məhbusun vəziyyəti pisləşdiyi üçün Ali-Xəlifə rejimi onun vətəndaşlığını ləğv edərək azad edib.

Bu günlərdə bir Livan qəzeti yazıb ki, Bəhreyndə siyasi məhbusların əlverişsiz şəraiti o həddə çatıb ki, bəzi Avropa nümayəndələri belə Bəhreyn hökumətinə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 4 =