İlon Maskın kapitalı “ExxonMobil”in kapitallaşmasını ötüb

İlon Maskın kapitalı “ExxonMobil”in kapitallaşmasını ötüb

İlon Maskın sahibi olduğu “Tesla” şirkətinin maliyyələşməsi 1 trilyon ABŞ dollarını ötdükdən sonra onun şəxsi kapitalı 300 milyard dollara yaxınlaşır. Bu isə dünyanın ən böyük neft-qaz şirkətlərindən biri olan “ExxonMobil”in dəyərini ötməyə kifayət edir.

Bu barədə “CNN Business” məlumat yayıb.

“Bloomberg Billsaires”in məlumatına görə, oktyabrın 25-də İlon Maska məxsus aktivlərin dəyəri 289 milyard ABŞ dolları təşkil edib. Bu, “ExxonMobil” neft-qaz şirkətinin kapitallaşmasını (272 milyard ABŞ dolları) üstələyir.

Bundan əlavə, Maskın aktivləri Bill Qeyts və Mark Zukerberq kimi multimilyarderlərin ümumi sərvətindən daha artıqdır.

Bu cür sürətli artım “Hertz” icarə xidmətinin öz donanması üçün 100 min “Tesla” elektromobili aldığını elan etməsi və “Morgan Stanley”nin nüfuzlu analitiki Adam Consun “Tesla”nın qiymətli kağızlarının proqnoz dəyərini bir səhm üçün 1 200 ABŞ dollarına qədər qadırmasından sonra “Tesla” səhmlərinin sutka ərzində 12%-dən çox bahalaşması ilə izah edilə bilər.

Qeyd olunur ki, “Tesla”nın bazar dəyəri Yaponiyanın “Toyota” avtomobil korporasiyasının kapitallaşmasından – təxminən 280 milyard ABŞ dolları – üç dəfə çoxdur.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − five =