Bakıda avtomobilin vurduğu piyada reanimasiyaya yerləşdirilib

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Paytaxtın Xətai rayonunun “Ukrayna dairəsi”ndə avtomobil yolu keçən 1955-ci il təvəllüdlü İsgəndərova Xanım Kazım qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.
Trend