Məribdə yəmənlilər yeni mövqelər ələ keçirdilər
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Mənsur Hadi qüvvələri və təcavüzkar koalisiyasının Məribdə məğlubiyyətindən sonra bu qüvvələr Məribin cənubundakı Cəbəl Murad bölgəsindən geri çəkilir.
Əl-Məyadin telekanalı bu mənbələrə istinadən xəbər verir ki, Yəmən ordusu qüvvələri və xalq komitələri Cəbəl Murad bölgəsini mühasirəyə alaraq Məribin cənubundakı əl-Cubə bölgəsini nəzarətə götürüblər.
Bu mənbələrə görə, Cəbəl Murad bölgəsinin tayfaları ilə razılığa gəlindikdən sonra bu bölgə hazırda ordu qüvvələrinin və xalq komitələrinin nəzarəti altındadır.
Çərşənbə axşamı Yəmən ordusu və xalq komitələri də Mərib vilayətində yeni bir irəliləyiş əldə edib. Yerli mənbələr bildirib ki, Yəmən ordusu istefa vermiş hökumət qüvvələri ilə şiddətli döyüşdən sonra Əl-Cubə bölgəsinin mərkəzi olan Əl-Cədidə bölgəsinə nəzarəti ələ keçirib.