Səudiyyə Ərəbistanına ilk dəfə Ermənistan Prezidenti səfər etdi – Video
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyan Səudiyyə Ərəbistanına ilk səfəri olaraq çərşənbə günü Ər-Riyada daxil olub.
Ermənistan prezidenti öz Tvitter hesabında Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd bin Salmanla görüşdüyünü açıqlayıb.
O, daha sonra yazıb ki, Bin Salmanla iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinin zərurəti barədə müzakirələr aparıSarkisyan həmçinin bildirib ki, Ermənistanla Səudiyyə Ərəbistanı arasında yaxşı tarixi münasibətlər iki ölkə arasında əlaqələrin qurulması üçün yaxşı zəmin yaradacaq.
Bu arada BƏƏ-nin rəsmi xəbər agentliyi (Wam) də Ermənistan prezidentinin bu ölkənin vəliəhdi Məhəmməd bin Zayedlə görüşdüyünü bildirib.
BƏƏ-nin rəsmi xəbər agentliyinin məlumatına görə, tərəflər iqtisadi əlaqələrin inkişafı ilə yanaşı, regional məsələləri də müzakirə ediblər.