Təmir sexi içindəki maşınla birgə yandı

Təmir sexi içindəki maşınla birgə yandı

Şirvan şəhərində ümumi sahəsi 1200 m² olan bir dam altında tikilən səkkiz boksdan ibarət avtomobil təmiri sexinin üç boksunun (birinin sahəsi 50 m², digərlərinin sahəsi 24 m²) yanar konstruksiyaları 98 m² sahədə və içərisində təmirə dayanan “Moskviç” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Fhn.gov.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − four =