Samuxda gənc oğlan bıçaqlanıb

Samux rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Sadıqov Xaliq Salam oğlu kütləvi dava zamanı bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol çiyin nahiyəsində kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.
Report